AZ

Kristiano Ronaldo türk oxşarı ilə zarafat etdi: “Çox qorxuncsan”

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo oyununa baxmağa gəlmiş pərəstişkarı, türk oxşarı ilə zarafat edib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, “Kriş”in oxşarı əynində portuqal ulduzun futbol göynəyi tribuna önündə ikən, isinmə hərəkətləri edən Ronaldo onu sezib və yaxınlaşaraq zarafatyana dillənib:

“Qardaş, sən mənə oxşamırsan. Sən çox qorxuncsan”.

Söz altında qalmamış pərəstişakrı isə Ronaldonu ucadan belə cavablayıb:

“Qardaş, sən ən yaxşısan! Vallah, ən yaxşısan. Mən səni çox sevirəm”.

Bu sözlər Ronaldonun üəryinə yağ kimi yayılıb. Portuqal ulduz əli ilə əla göstərib, pərəstişkarına gülüş bəxş edib.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 31 oyuna 26 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 95 oyun, 84 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
64
8
arena.az

10Mənbələr