EN

Şagirdlər iki ay məktəbə gəlmədi: yoxlamalar başladı – FOTO

Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

“Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə şagird davamiyyətinin az olması ilə bağlı sosial şəbəkədə dərc olunan məlumata əsasən bildiririk ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində kompleks yoxlamalara başlanılıb. Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə Samux rayonu E. İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbdə davamiyyətin aşağı olduğu ilə bağlı məlumat yayılıb.

Mənbə: globalinfo.az

Chosen
21
14
globalinfo.az

10Sources