EN

Basketbol: “Quba”dan cari mövsümdə 4-cü qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 14-cü turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə qarşılaşması “Sərhədçi” İdman Mərkəzində keçirilib. B qrupunun görüşündə “Quba” “Sumqayıt”ı qəbul edib. Qonaq komanda fasiləyə üstün yollansa da, meydan sahibləri son dövrədə qələbəni təmin ediblər.

Xatırladaq ki, 14-cü turun ötən gün keçirilmiş ilk oyununda “Abşeron” “Naxçıvan”a 70:76 hesabıyla uduzub. Tura fevralın 8-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
B qrupu, 14-cü tur
5 fevral

“Quba” – “Sumqayıt” 90:80 (25:23, 18:24, 21:16, 26:17)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Şəki – 23. Gəncə – 22. Ordu – 22. Sumqayıt – 19. Quba – 18. Lənkəran – 16.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Chosen
132
8
arena.az

10Sources