EN

Frank De Bleker "Sabah" - "Turan Tovuz" oyununun mübahisəli epizodları ilə bağı danışıb

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker "Sabah" - "Turan Tovuz" oyununun mübahisəli epizodları ilə bağı danışıb

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin Misli Premyer Liqasının XXII turunda keçirilən “Sabah” – “Turan Tovuz” (2:1) oyunundakı mübahisəli epizodları şərh edib.

"Operativ Media" xəbər verir ki, De Bleker VAR-ın düzgün qərar verdiyini bildirib.

58-ci dəqiqə

Meydanın “Sabah” komandasına aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir. Oyun yenidən bərpa olunur (yeni hücümün başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur.

Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir.

90+5-ci dəqiqə

VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir.

Hər iki halda VAR düzgün olaraq VAR protokoluna əməl etdi.

Chosen
14
16
operativmedia.az

10Sources