ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.
Sfera.az xÉ™bÉ™r verir ki, eniÅŸ mÉ™lumatları “Flightradar24” saytı tÉ™rÉ™findÉ™n dÉ™rc olunub.
Təyyarədə Donald Tramp tərəfindən əfv edilən Rusiya vətəndaşı, kriptovalyuta investoru Aleksandr Vinnikin olduğu güman edilir.
Xatırladaq ki, Vinnik 2017-ci il iyulun 25-də ABŞ-ın tələbi ilə həbs edilib. Həmin vaxt o, Yunanıstanda tətildə olub. FTB bildirib ki, rusiyalı 2010-2011-ci illərdə "BTC-E" vasitəsilə 4 milyard dollardan çox pul yuyulan cinayətkar təşkilatın liderlərindən biri olub. Vinnik özü ittihamları rədd edib və yalnız birja ilə məsləhətləşdiyini iddia edib.