EN

Premyer Liqa klubu sponsor tapdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” uzunmüddətli fasilədən sonra sponsor tapıb.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lakin sponsorla bağlı detallar açıqlanmayıb:

"Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək".

Chosen
59
1
publika.az

10Sources