Kürdəmirdə avtomobil su kanalına düşüb, iki nəfər ölüb.
Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb.
Belə ki, fermerlər 90-NY-966 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomaşınla taxıl sahəsindən qayıdarkən avtomobil kənd ərazisində olan su kanalına düşüb. Nəticədə avtomobildə olan sürücü Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu vəfat edib..
Hadisə yerinə FHN-nin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Ölənlərdən Elşən Hacıyevin meyiti sudan çıxarılıb, digər sərnişinin meyitinin isə sudan çıxarılması istiqamətində zəruri işlər davam etdirilir.
Hazırda fakt araşdırılır.