EN

Tramp Rusiyaya qarşı sanksiyaların bir il müddətinə uzadılmasına qərar verib

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəlib. Məhdudiyyətlər ən azı daha bir il qüvvədə qalacaq.

Sənəddə qeyd edilir ki, ABŞ Rusiyaya qarşı ilk dəfə sanksiyaları hələ 2014-cü ildə, rus əsgərləri Ukrayna ərazilərinə soxularaq Krımı, həmçinin Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edəndə tətbiq edib. O vaxtdan bəri ABŞ prezidentləri 2014-cü ildə verilən 13660 saylı ilk sanksiya sərəncamını Rusiyanın təcavüzünü davam etdirməsi və gücləndirməsi ilə bağlı digər sərəncamlarla dəfələrlə tamamlayıb.

Sənəddə deyilir ki, Rusiyanın hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir, ona görə də sanksiyalar “2025-ci il martın 6-dan sonra da qüvvədə qalmalıdır”.

“Buna görə də, Milli Fövqəladə Hallar Aktının 202(d) bəndinə əsasən, mən 13660 saylı İcra Sərəncamında elan edilmiş milli fövqəladə vəziyyətin müddətini bir il müddətinə uzadıram”, – yeni sərəncamda deyilir.

Qeyd edək ki, Trampın fərmanı hələ dərc edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazır olduğunu bildirmişdi. Rusiya Ukrayna ilə sülh danışıqlarına başlamaqdan imtina edərsə, belə bir ssenari mümkündür.

Əziz Mustafa, Oxuməni.az.

Chosen
32
19
oxumeni.az

10Sources