"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldovada "Şerif"də çıxış edib.
Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək “Qəbələ”nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.
ABL: “Sumqayıt” səfərdə məğlub oldu
Vasili Berezutski: “Nə vaxtsa "Sumqayıt"ın qapısına yol tapıb qol vuracağıq"
“Sabah” “Sumqayıt”la sülhə razılaşdı - YENİLƏNİB
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Azər Bağırov: “Azərbaycanda yetərincə istedadlı oyunçu var”