Biz HƏMAS-ı məhv edəcəyik və girovlarımızı geri qaytaracağıq. Metbuat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu "X" hesabında bildirib. O qeyd edib ki, İsrail bütün girovları geri qaytarmaq üçün əlindən gələni edir:"Biz onların təhlükəsizliyini təmin edəcəyik. Mənim Komitəyə də göstərişim belədir: bunu vasitəçilərdən tələb edin. Prezident Tramp mənimlə tamamilə razıdır. Biz bütün girovları geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik, lakin HƏMAS orada olmayacaq".