Bakı, TurkicWorld
2025-ci ilin yanvar ayında Türkiyənin Muğla Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 82 min 92 nəfər olub.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 73 min 556 nəfər, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 8 min 536 nəfər təşkil edib.
2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 634 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 566 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz azalaraq, 68 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 50 faiz artaraq, min 883 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 51 faiz artaraq, min 792, beynəlxalq reyslər üzrə isə 25 faiz artaraq 91 olub.
2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə 365 min 389 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.