RU

Zaxarova bildirib ki, G7 nüfuzunu itirib

G7 nüfuzunu itirib və dünya səhnəsində konstruktiv rol oynaya bilmir.

 

Oxu24.com xəbər verir  ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

 

“Rusiya qlobal idarəetmənin real mexanizmlərinin lehinə aydın seçim edib. “Söhbət ilk növbədə BRİKS və ŞƏT formatlarından gedir”, - diplomat bildirib.

 

O qeyd edib ki, bu birliklər “inkişaf etməkdə olan çoxqütblü dünyanın obyektiv reallığı şəraitində” iqtisadi artımın və siyasi təsirin aparıcı mərkəzlərini təmsil edir.

 

Onun sözlərinə görə, G7 “gözəl hərəkətləri və qərarları ilə öz reputasiyasını ləkələyib” və etibarını tamamilə itirmiş köhnəlmiş formatdır.

 

G7, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Rusiya 2014-cü ilin martına qədər klubun üzvü olub.

 

Ötən həftə ABŞ prezidenti Donald Tramp Moskvanın iştirakı ilə G8-in yenidən qurulmasının tərəfdarı olduğunu bildirib.

 

Nigar

 

Избранный
57
50
oxu24.com

10Источники