RU

Bakıda narkotik istifadə edən 20 yaşlı avtobus sürücüsünə BU CƏZA VERİLDİ

Bakıda narkotik vasitə istifadəçisi olan avtobus sürücüsü məhkəmədə həbs edilib.



Referans.az Musavat.com - a istinadən xəbər verir ki, 20 yaşlı A.Cavadov Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham edilərək məsuliyyətə cəlb edilib.



O, daha əvvəl də narkotik vasitədən istifadəyə görə həbsxana həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra Bakıda avtobus sürücüsü olaraq çalışıb. Həmin ərəfədə narkotik vasitə hesab edilən “patı”dan istifadə edib.



Cavadov ifadəsində bildirib ki, narkotik vasitəni daha əvvəl həbsxanadan tanıdığı Fikrət adlı şəxsdən istifadə üçün alıb.



O, əməlindən peşman olduğunu deyib. Bildirib ki, atasını uşaq vaxtından itirib və anası ilə tək yaşayıb: “Bu yolda düşdüyüm üçün çox peşmanam. Məhkəmədən bağışlanmağımı istəyirəm. Ailə həyatı qurmaq, normal həyat yaşamaq istəyirəm”.



Qeyd edək ki, Cavadov daha əvvəl 2024-cü ildə narkotik ittihamı ilə saxlanılan zaman barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun məhkumluğu ödənilmədən yenidən narkotik ittihamı ilə saxlanılıb.



Məhkəmə bu dəfə ona güzəşt etməyib. Suraxanı Rayon Məhkəməsi Cavadovu 1 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Избранный
46
5
referans.az

10Источники