RU

Osimhen ​"Qalatasaray"da qalmaq üçün fantastik tələb irəli sürdü

"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhenin Türkiyədə qalmaq üçün istədiyi maaş bəlli olub. Metbuat.az xəbər verir ki, Osimhen illik 15 milyon avro məvacib və 4 illik müqavilə tələb edib. Türkiyə” qəzetində yer alan xəbərə görə, "Qalatasaray" futbolçunu birdəfəlik transfer etmək üçün “Napoli”yə 67 milyon avro ödəməlidir. Bundan əvvəl, “Napoli”inin "Qalatasaray"ın bu məbləğdən az olan təklifini rədd etdiyi barədə xəbərlər dərc edilmişdi. 67 milyon transfer məbləği yalnız "Qalatasaray"a məxsusdur. “Napoli” digər klublardan daha yüksək məbləğ tələb edir.

Qeyd edək ki, Viktor Osimhen "Qalatasaray"da 21 matçda 21 qola töhfə verib.

Избранный
40
22
metbuat.az

10Источники