AZ

İsrail təyyarələri Dəməşqə zərbələr endirib

İsrail Dəməşq ətrafında hava hücumu təşkil edib, nəticədə iki mülki şəxs yaralanıb...Poliqon xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Dəməşq yaxınlığındakı hədəflərə hava zərbələri endirib. İki mülki şəxs yaralanıb.Xəbərdə qeyd edilir ki, İsrail təxminən saat 21:30-da Suriyaya hücum edib.“Təcavüz nəticəsində iki mülki şəxs yaralanıb və maddi ziyan dəyib”, - Suriya Müdafiə Nazirliyinin Facebook-dakı paylaşımında deyilir. Hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemlərindən istifadə edilib.Qeyd edək ki, Suriya martın sonunda Qəzzada müharibə başlayandan bəri İsrailin ən böyük hücumuna məruz qalıb. KİV-in məlumatına görə, onlarla insan həlak olub.Poliqon.info

Seçilən
150
13
Mənbələr
Şərh ()
Bağla