AZ

ABŞ-nin Suriyadakı bazasına PUA ilə hücum cəhdi

Suriyanın Homs əyalətinin Tenef bölgəsində ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya mənşəyi məlum olmayan kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücuma cəhd edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İordaniya sərhədinə yaxın Homs səhra bölgəsindəki Tenefdə ABŞ qüvvələrinin istifadə etdiyi bazaya mənşəyi məlum olmayan kamikadze PUA ilə gecə yarısından sonra hücum cəhdi olub.

Bildirilib ki, bazada yerləşən ABŞ qüvvələri bazanın səhra ərazisində PUA-nı vurub.

Son zamanlar Suriyada ABŞ ordusunun Tenef bölgəsində, İraq sərhədinə yaxın Malikiyyə rayonunda, Həsəkə əyalətinin Şəddadi bölgəsində yerləşdiyi bazalara mənşəyi naməlum PUA-larla hücumlar həyata keçirilib. 

Qeyd edək ki, İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raket və PUA-larla hücum edir.

Malik Atilay






















Bizi İnstagramda izləyin

Seçilən
161
17
Mənbələr
Şərh ()
Bağla