AZ

İsrail Suriyanı havadan VURDU

İsrail Hərbi Hava Qüvvələri Suriya hərbçilərinin Dəra əyalətindəki mövqelərinə hücum edib.
Müxtəlif KİV-lərin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Yərmuk çayının sərhəd zonasında suriyalı hərbçilərin mövqelərinə hücum edib. Bu barədə Vətəninfo.az  TASS agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, “Al Mayadeen” telekanalının məlumatına görə, quru hədəfləri Dəra əyalətinin mərkəzinin qərbində (Dəməşqdən 110 km aralıda) vurulub.

Nəşrin məlumatına görə, hava hücumundan əvvəl şiə Hizbullah təşkilatının Suriyanın cənubundan işğal altındakı Qolan təpələrinə atdığı pilotsuz uçuş aparatı İsrailin hava məkanını işğal edib.

Əl Modon xəbər platformasının məlumatına görə, Suriyanın şərqindəki Et Tanfi sərhəd bölgəsindəki Amerika hərbi bazasının hava məkanında daha bir kamikadze pilotsuz uçan aparat vurulub.

Seçilən
156
13
Mənbələr
Şərh ()
Bağla