AZ

ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə zərbələr endirib

ABŞ və Böyük Britaniya Yəmənin Hudeydə əyalətində Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan əl-Taif bölgəsinə hava zərbələri endirib.

Husilərə məxsus Əl-Məsirə telekanalı bu barədə məlumat yayıb.

Martın 29-da Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun husilər tərəfindən buraxılan 4 pilotsuz təyyarəni məhv etdiyini bildirib.

CENTCOM əlavə edib ki, pilotsuz təyyarələr koalisiya gəmisinə və ABŞ hərbi gəmisinə yönəlib.

Seçilən
154
17
Mənbələr
Şərh ()
Bağla