AZ

Biləsuvarda Şəhidlərin xatirəsi yad olundu - Vətən Naminə

">

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Nəciyev Elçin Sarıbala oğlu 4 noyabr 1972-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşdur. 1979-1989 – cu illərdə Amankənd kənd tam orta məktəbində təhsil almışdır. 10 aprel 1993- cü ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərərək qəhrəmancasına şəhid olmuşdur. 11 fevral 1994-cü ildə Amankənd kənd qəbristanlığında dəfn olunmuşdur.

Azərbaycan Ordusunun kiçik çavuşu olmuş şəhid İsmayılov Amid Eldar oğlu 11 fevral 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş və 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edərək, döyüşlərdə şücaət göstərmiş və sentyabrın 28-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 28 sentyabr 2020-ci ildə Biləsuvar rayonunun Təzəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid İsmayılov Amid Eldar oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Onuda qeyd edək ki, Şəhid Amid İsmayılov ailəli olmuş və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Ölümündən sonra adı əbədiləşdirilərək Təzəkənd kəndində böyüyüb boya başa çatdığı küçəyə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
0
5
vetennamine.az

10Mənbələr