AZ

Biləsuvarda şəhidlərin xatirələri yad edildi - Vətən Naminə

">

12 fevral 2025-ci il tarixdə I Qarabağ müharibəsinin Biləsuvar şəhərindən şəhidimiz Murtuzov Xalid Zöhrab oğlunun, Aşağı Cürəli kəndindən I Qarabağ müharibəsininşəhidi Əliyev Qədir Ağababa oğlunun anım günləri və Vətən müharibəsinin Ağayrı kəndindən şəhidimiz Nuri Xəyal Şakir oğlunun doğum günü ilə əlaqədar ailələri və məzarları ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.

Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Xalid Zöhrab oğlu Murtuzov 26 iyun 1977- ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 1984-1995-ci illərdə Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbində təhsil almışdır. 4 oktyabr 1996-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdir. Füzuli rayonu Şükürbəyli kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. 12 fevral 1999-cu ildə Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Qədir Ağababa oğlu Əliyev 7 yanvar 1973- cü ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil almışdır. 6 yanvar 1994-ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12 fevral 1994-cü ildə Aşağı Cürəli kənd qəbristanlığında dəfn olunmuşdur.

.

   Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Nuri Xəyal Şakir oğlu 12 fevral 1997-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdur. Vüqar Rüstəmov adına Ağayrı kənd tam orta məktəbində təhsil almışdır. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və Aprel döyüşlərinin iştirakçısı olmuşdur. 2017-ci ildən Ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və sentyabr ayının 29-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 4 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağayrı kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Nuri Xəyal Şakir oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Onun adı əbədiləşdirilərək Ağayrı kənd küçələrindən birinə verilmişdir.

       Allah şəhidlərimizə rəhmət eləsin!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
6
8
vetennamine.az

10Mənbələr