AZ

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 24 illiyi qeyd olunur - Vətən Naminə

">

Həmin dövrdə yeni formalaşan Azərbaycan Ordusu qeyri-bərabər döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək ərazilərimizin 80 faizini qoruyub saxlamağa nail oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğuna başlanıldı torpaqlarımızın bir hissəsi azad edilərək düşmən atəşkəsə məcbur edildi. Ulu Öndərin ilk sərəncamları müharibədə şəhid olanların ailələrinə, yaralananlara müharibə iştirakçılarına diqqət qayğının artırılmasına yönəlmişdi.

Müharibə iştirakçıları, şəhid ailələri qazilər öz hüquqlarını qorumaq üçün müxtəlif cəmiyyətlər, fondlar ictimai birliklər yaratmağa başladılar. 2001-ci ilin yanvar ayında ölkənin bütün şəhər rayonlarında keçirilən konfranslar nəticəsində 9 fevral 2001-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin təsis qurultayı baş tutdu. Qurultayda idarə heyəti nəzarət-təftiş komissiyası seçildi. İdarə heyətinin qərarı ilə polkovnik Mehdiyev Mehdi İmdad oğlu ictimai birliyin sədri seçildi. Onun rəhbərliyi altında təşkilat bu günə qədər 100 minə yaxın imtiyazlı vətəndaşı bir araya gətirmişdir. Hal-hazırda ölkənin 78 şəhər rayonunda yerli filiallar fəaliyyət göstərir.

İctimai birlik ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətini dəstəkləyir Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın ictimai həyatında fəal iştirak edir. Eyni zamanda, birlik imtiyazlı vətəndaşlar ilə dövlət qurumları arasında vasitəçilik missiyasını həyata keçirir.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyi mütəmadi olaraq vətənpərvərlik tədbirləri təşkil edir, şəhid ailələrinin, müharibə əlillərinin veteranlarının hüquqlarını müdafiə edir, onların sosial-iqtisadi mənəvi problemlərinin həllinə köməklik göstərir. Bundan əlavə, müharibə iştirakçılarının emosional, psixoloji fiziki reabilitasiyasına yönəlmiş layihələr həyata keçirilir. Bu fəaliyyətlərin nəticəsi olaraq təşkilatın üzvlərinin sayı hər il artmaqdadır.

27 noyabr 2024-cü ildə Ankara şəhərində Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq Həmrəylik Fondu ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandum ictimai birliyin səlahiyyətli nümayəndəsi, Silahlı Qüvvələr müharibə veteranı Aris Məmmədov tərəfindən təqdim edilmiş TADİV-in başkanı, Türkiyə Cümhuriyyəti Xarici Siyasət Təhlükəsizlik Şurasının üzvü, professor Aygün Attar tərəfindən imzalanmışdır. Qarşıdakı dövrdə Zəfər bayramının 5 illiyi münasibətilə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

14 fevral 2024-cü il tarixində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin dövlət qeydiyyatına alınmasının 24 ili tamam olur. Bu münasibətlə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq Həmrəylik Fondunun idarə heyəti ictimai birliyin bütün üzvlərini təbrik edir gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Əvəz Səfərov
TADİV-in İşlətmə Müdürü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
3
1
vetennamine.az

10Mənbələr