Həmindövrdə yeni formalaşan Azərbaycan Ordusu qeyri-bərabərdöyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək ərazilərimizin 80 faizini qoruyub saxlamağa nail oldu. Ulu Öndər HeydərƏliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunabaşlanıldı və torpaqlarımızın bir hissəsi azad edilərək düşmənatəşkəsə məcbur edildi. Ulu Öndərin ilk sərəncamlarımüharibədə şəhid olanların ailələrinə, yaralananlara vəmüharibə iştirakçılarına diqqət və qayğının artırılmasınayönəlmişdi.
Müharibə iştirakçıları, şəhid ailələri və qazilər öz hüquqlarınıqorumaq üçün müxtəlif cəmiyyətlər, fondlar və ictimaibirliklər yaratmağa başladılar. 2001-ci ilin yanvar ayındaölkənin bütün şəhər və rayonlarında keçirilən konfranslarnəticəsində 9 fevral 2001-ci ildə Azərbaycan QarabağMüharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimaiBirliyinin təsis qurultayı baş tutdu. Qurultayda idarə heyəti vənəzarət-təftiş komissiyası seçildi. İdarə heyətinin qərarı iləpolkovnik Mehdiyev Mehdi İmdad oğlu ictimai birliyin sədriseçildi. Onun rəhbərliyi altında təşkilat bu günə qədər 100 minə yaxın imtiyazlı vətəndaşı bir araya gətirmişdir. Hal-hazırda ölkənin 78 şəhər və rayonunda yerli filiallar fəaliyyətgöstərir.
İctimai birlik ümummilli lider Heydər Əliyevin əsasınıqoyduğu dövlətçilik siyasətini dəstəkləyir və SilahlıQüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevinrəhbərliyi altında respublikanın ictimai həyatında fəal iştirakedir. Eyni zamanda, birlik imtiyazlı vətəndaşlar ilə dövlətqurumları arasında vasitəçilik missiyasını həyata keçirir.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və ŞəhidAilələri İctimai Birliyi mütəmadi olaraq vətənpərvərliktədbirləri təşkil edir, şəhid ailələrinin, müharibə əlillərinin vəveteranlarının hüquqlarını müdafiə edir, onların sosial-iqtisadivə mənəvi problemlərinin həllinə köməklik göstərir. Bundanəlavə, müharibə iştirakçılarının emosional, psixoloji və fizikireabilitasiyasına yönəlmiş layihələr həyata keçirilir. Bu fəaliyyətlərin nəticəsi olaraq təşkilatın üzvlərinin sayı hər ilartmaqdadır.
27 noyabr 2024-cü ildə Ankara şəhərində Türkiyə AzərbaycanDostluq, Əməkdaşlıq və Həmrəylik Fondu ilə əməkdaşlıqmemorandumu imzalanmışdır. Memorandum ictimai birliyinsəlahiyyətli nümayəndəsi, Silahlı Qüvvələr və müharibəveteranı Aris Məmmədov tərəfindən təqdim edilmiş vəTADİV-in başkanı, Türkiyə Cümhuriyyəti Xarici Siyasət vəTəhlükəsizlik Şurasının üzvü, professor Aygün Attar tərəfindən imzalanmışdır. Qarşıdakı dövrdə Zəfər bayramının5 illiyi münasibətilə birgə layihələrin həyata keçirilməsiplanlaşdırılır.
14 fevral 2024-cü il tarixində Azərbaycan QarabağMüharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimaiBirliyinin dövlət qeydiyyatına alınmasının 24 ili tamam olur. Bu münasibətlə Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq vəHəmrəylik Fondunun idarə heyəti ictimai birliyin bütünüzvlərini təbrik edir və gələcək fəaliyyətlərində uğurlararzulayır.
Əvəz Səfərov
TADİV-in İşlətmə Müdürü