AZ

“Putin və Zelenski birbaşa danışıq aparmalıdır” - Trampın xüsusi nümayəndəsi

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq hesab edir ki, Volodimir Zelenski və Vladimir Putin birbaşa danışıqlar aparmalı və hər iki tərəf müəyyən güzəştlərə hazır olmalıdır.

“AzPolitika” xəbər verir ki, Kelloq bunu Münhen Təhlükəsizlik Konfransı öncəsi xarici KİV-ə açıqalmasında deyib.

Kelloqq qeyd edib ki, Kremlin Ukrayna Prezidentinin guya qeyri-legitim olması ilə bağlı iddiaları nəticə verməyəcək: “Onlar danışmalıdırlar və hər iki tərəf nədəsə güzəştə getməlidir”.

Bundan əlavə, Kelloqq ABŞ Prezidenti Donald Trampın guya yalnız Putinlə danışıqlar aparmağı planlaşdırdığına dair şayiələri təkzib edib: "Biz başa düşürük ki, üç tərəf bir-biri ilə danışmalıdır, xüsusən də iki əsas oyunçu - ruslar və ukraynalılar oturub danışmalıdırlar".

“AzPolitika.info”

Seçilən
12
50
azpolitika.info

10Mənbələr