AZ

Putinlə yalnız bu halda görüşəcəm - Zelenski

Bu gün, 23:30
Reportyor.tv xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti J.D. Vens ilə görüşüb. Tərəflər danışıqlardan məmnun qaldıqlarını bildiriblər.
"Trampın dəstəyinə görə minnətdarıq"
Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirib:
"Biz ABŞ Prezidenti Trampın dəstəyinə görə çox minnətdarıq. Müharibəni dayandırmaq və sülhə nail olmaq üçün daha çox işləməli, daha çox danışmalıyıq. Biz real təhlükəsizlik zəmanəti istəyirik və bu istiqamətdə görüşlərimizi davam etdirəcəyik”.
Vens də Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqları səmərəli adlandırıb. Görüşdə ABŞ Dövlət Katibi Marko Rubio və Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da iştirak ediblər.
"Davamlı sülh yaratmaq istəyirik"
ABŞ vitse-prezidenti müharibənin dayandırılması ilə bağlı Prezident Trampın mövqeyini xatırladaraq bildirib:
"Əsas məqsədimiz müharibəyə son qoymaq, insanları öldürməyi dayandırmaqdır. Lakin biz elə bir sülh yaratmaq istəyirik ki, Şərqi Avropa bir neçə ildən sonra yenidən münaqişəyə sürüklənməsin. Biz davamlı və dayanıqlı sülhə nail olmaq niyyətindəyik".
Rusiya ilə danışıqlara qapı açıqdırmı?
Venslə görüşdən əvvəl konfransda çıxış edən Zelenski Rusiya tərəfi ilə hər hansı danışıqlara hazır olmadığını açıq şəkildə ifadə edib.
"Mən ruslarla görüşməyəcəyəm, bu mənim planlarımın bir hissəsi deyil. Yeganə görüşəcəyim şəxs Putin ola bilər – amma yalnız Tramp və Avropa ilə ortaq bir plan hazırladıqdan sonra. O zaman müharibəni dayandırmaq üçün onunla danışmağa hazıram".
Rusiya Prezidenti Vladimir Putin isə hələlik Zelenski ilə birbaşa görüşmək istədiyini bildirməyib. Bundan əvvəl Kremlin rəhbəri dəfələrlə Ukrayna liderinin legitimliyini şübhə altına alıb. 
Mənbə: https://www.bbc.com/russian/articles/cx2jw9ye7e2o
 
Musavat.com

Seçilən
54
50
Reportyor.tv

10Mənbələr