AZ

Türkiyə, ABŞ və Avropa Ukraynadakı münaqişənin sülh yolu ilə həllini axtarır

Türkiyə, ABŞ və Avropa ölkələri Ukraynadakı müharibəni dayandırmaq və sülhün bərqərar olması planının müxtəlif aspektləri üzərində işləyir.

“Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "TRT World" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə Ukraynada sülhün bərqərar olması üçün istənilən köməkliyi etməyə və ölkənin bərpasına töhfə verməyə hazırdır:

“Amma ilk növbədə atəşkəsi təmin etməliyik. Bizə işlək və uzunmüddətli sülh planı lazımdır. İndi Amerika administrasiyası, avropalılar və biz atəşkəs və sülh nizamlanması üçün bu mümkün planın müxtəlif aspektləri üzərində işləyirik”.

Nazir əlavə edib ki, indiki mərhələdə atəşkəsin necə təmin olunması və onun daimi olması məsələləri öyrənilir.

Seçilən
56
6
far.az

10Mənbələr