
Türkiyə, ABŞ və Avropa ölkələri Ukraynadakı müharibəni dayandırmaq və sülhün bərqərar olması planının müxtəlif aspektləri üzərində işləyirlər.
Reyting.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "TRT World" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə Ukraynada sülhün bərqərar olması üçün istənilən köməkliyi etməyə və ölkənin bərpasına töhfə verməyə hazırdır.
E. KAMAL