AZ

Türkiyə növbəti dəfə Rusiya və Ukraynaya SƏSLƏNDİ

Türkiyə növbəti dəfə Moskva və Kiyevə öz ərazisində danışıqlar aparmağı təklif edib.

Publika.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "TRT World" telekanalına müsahibəsində deyib.

"Biz hər iki tərəfə bizim ərazimizdə danışıqlar aparmağı təklif edirik, lakin burada konkret məqamlar var", - Fidan bildirib.

Nazirin sözlərinə görə, Rusiya, Ukrayna və ABŞ ilkin danışıqlar mərhələsindədir.

"Məndə belə bir təəssürat yarandı ki, ABŞ indi sülh planı hazırlayır", - Nazir əlavə edib.

Seçilən
50
10
publika.az

10Mənbələr