AZ

Hakan Fidan: Türkiyə, ABŞ və Avropa Ukraynada sülh yolu ilə həll variantlarını axtarır

Türkiyə, ABŞ və Avropa ölkələri Ukraynadakı münaqişəni dayandırmaq və sülhə nail olmaq üçün planın müxtəlif aspektləri üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan “TRT World” telekanalına müsahibəsində deyib.

"Türkiyə Ukraynada sülhün bərqərar olması üçün istənilən rolu oynamağa və Ukraynanın bərpasına töhfə verməyə hazırdır. Amma hər şeydən əvvəl atəşkəsi təmin etməliyik. Bizə işlək və uzunmüddətli sülh planı lazımdır. İndi Amerika administrasiyası, avropalılar və biz atəşkəs və sülh nizamlanması üçün bu mümkün planın müxtəlif aspektləri üzərində işləyirik", - deyə XİN rəhbəri bildirib.

H.Fidan qeyd edib ki, indiki mərhələdə atəşkəsin necə təmin olunması və onun daimi olması məsələləri araşdırılır.

Seçilən
28
6
yeniazerbaycan.com

10Mənbələr