Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan “TRT World” telekanalına müsahibəsində deyib.
"Türkiyə Ukraynada sülhün bərqərar olması üçün istənilən rolu oynamağa və Ukraynanın bərpasına töhfə verməyə hazırdır. Amma hər şeydən əvvəl atəşkəsi təmin etməliyik. Bizə işlək və uzunmüddətli sülh planı lazımdır. İndi Amerika administrasiyası, avropalılar və biz atəşkəs və sülh nizamlanması üçün bu mümkün planın müxtəlif aspektləri üzərində işləyirik", - deyə XİN rəhbəri bildirib.
H.Fidan qeyd edib ki, indiki mərhələdə atəşkəsin necə təmin olunması və onun daimi olması məsələləri araşdırılır.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta