AZ

"Britaniya "Tayfun"ları Ukraynada sülhün qorunmasına kömək edəcək" -  "The Times"

"Britaniya Ukraynanın suverenliyini qoruyacaq və Putinin gələcəkdə təcavüzünü cilovlayacaq davamlı sülhü dəstəkləməkdə liderlik edəcək..."
 
Böyük Britaniya Ukrayna səmasını patrul etmək və sülhü təmin etməyə kömək etmək üçün "Tayfun" qırıcılarını göndərməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, britaniyalı rəsmilər təhlükəsizlik zəmanətlərini yerinə yetirməyin yollarını müzakirə edib, lakin bunu çoxlu sayda quru qoşunları cəlb etmədən etməyi planlaşdırır.
 
Nəşrin yüksək rütbəli hökumət mənbəyi bildirib ki, "hava patrulu" missiyası məntiqlidir, lakin o, müdafiə üçün əhəmiyyətli sayda təyyarə və hava hücumundan müdafiə sistemləri tələb edir.
 
"Britaniyanın himayəsi altında hava məkanının patrul edilməsi missiyası NATO-nun artıq Baltikyanı ölkələrdə həyata keçirdiyi missiyalar nümunəsində yaradılması mümkündür", - nəşr qeyd edib.
 
Kral Hərbi Hava Qüvvələrindəki mənbə bunun daha real olduğunu bildirib. Qırıcılar Polşada yerləşə bilər. Müzakirələr erkən mərhələdədir, lakin mənbə deyib: "Biz deyilənləri etməyə hazırıq". Hava patrulu missiyasına "dişinə qədər silahlanmış" və havaya qalxmağa hazır olan qırıcılar daxil olacaq. Uçuşa qadağa zonası təyyarələrin 24 saatlıq patrul uçuşlarını tələb edəcək.
 
Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi bəyan edib: "Böyük Britaniya Ukraynanın suverenliyini qoruyacaq və Putinin gələcəkdə təcavüzünü cilovlayacaq davamlı sülhü dəstəkləməkdə liderlik edəcək".
 
Nəşr qeyd edib ki, onlarla "Tayfun" istənilən Rusiya hücumlarına qarşı hazır vəziyyətdə ola bilər və Böyük Britaniya ilə digər Avropa ölkələrindən olan kiçik sülhməramlı qüvvələr yer üzərində müdafiəni təmin edəcək.
 
Bununla belə, nəşrin bir mənbəyi qeyd edib ki, bu tədbirlərin Rusiya diktatoru Putinin hər hansı bir razılaşmanı pozmasının qarşısını necə alacağı aydın deyil. Avropa rəsmiləri hətta Kremlin razılığı olsa belə, Avropa təkbaşına Ukrayna-Rusiya sərhədini qorumaq üçün kifayət qədər quru sülhməramlı qüvvələri formalaşdıra biləcəyinə şübhə edir.
 
Bəzi diplomatlar BMT-nin sülhməramlı qüvvələrinin daha real olduğunu və Rusiyanın bu perspektivi daha çox dəstəkləyəcəyini bildirib.
 
Böyük Britaniya müdafiə naziri Con Hili bəyan edib ki, Putinin Ukraynaya yeni hücumunun qarşısını yalnız ABŞ ala bilər. "Yalnız ABŞ Putini cilovlaya bilər ki, o, yenidən hücuma keçməsin və hazırda bunun detalları işlənilir", -  o, bildirib.
 
Hilinin fikri Böyük Britaniya baş naziri Kir Starmer və NATO müttəfiqlərinin baxışları ilə üst-üstə düşür. Onlar hesab edir ki, hər hansı sülhməramlı qüvvələr ABŞ-ın müəyyən dərəcədə "müdaxiləsini" tələb edəcək.
 
Nəşr əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski də Avropanın ABŞ olmadan Ukraynanın təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini düşünür, çünki Avropanın kifayət qədər əsgəri yoxdur. O, bildirib ki, sülhü təmin etmək üçün 110 min sülhməramlı lazım ola bilər, lakin rotasiyanı nəzərə alsaq, bu rəqəm əslində üç dəfə çox olmalıdır.
 
"The Washington Post" nəşrinin məlumatına görə, Avropa İttifaqı daha kiçik bir rəqəmi- 25-30 min hərbçini atəşkəs razılaşmasının bir hissəsi kimi nəzərdən keçirir. Lakin Ukraynanın hərbi mənbəsi bildirib ki, belə qüvvələr Ukraynanın Rusiya ilə geniş sərhədi üçün "heç nə" deməkdir.
 
Ukraynada sülhməramlılar
 
Qərb döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini fəal şəkildə müzakirə etməyə başlayıb. Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna xarici kontingentin yerləşdirilməsi məsələsində xeyli irəliləyiş əldə edib.
Seçilən
17
14
moderator.az

10Mənbələr