AZ

İlyas İsmayılov dəfn edildi - Yenilənib - FOTOLAR

Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.

News24.az APA-ya istinadla xəbər verir ki, o, Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, o cümlədən, ictimaiyyət nümayəndələri iştirak ediblər.


***

10:37 

Bakıda Heydər məscidində Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovla vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, vida mərasiminə mərhumun yaxınları, siyasətçilər, ictimaiyyət nümayəndələri qatılıb.

İlyas İsmayılov özünün vəsiyyətinə uyğun olaraq, Nardaran qəbristanlığında, mərhum oğlu Etimadın yanında dəfn ediləcək. Yas mərasimi isə 20 fevralda saat 11:00-dan etibarən, Heydər məscidində olacaq.

Qeyd edək ki, İlyas İsmayılov ötən gün vəfat edib.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublikanın prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.

Ağa Dadaşzadə

Seçilən
77
12
news24.az

10Mənbələr