AZ

İlyas İsmayılov dəfn edilib

Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.

O, Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, o cümlədən, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi Heydər məscidində baş tutub.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlyas İsmayılov bu gün Nardaranda dəfn ediləcək.

Qeyd edək ki, ötən gün vəfat edən İlyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun ölüm səbəbi multiorqan çatışmazlığı olub.

Xatırladaq ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.

Seçilən
76
11
azpost.info

10Mənbələr