AZ

İlyas İsmayılov dəfn edilib - YENİLƏNİB

Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.

Adalet.az xəbər verir ki, o, Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, o cümlədən, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

10:34

Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilir.

Adalet.az xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra İlyas İsmayılovun nəşi Nardaran qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, İlyas İsmayılov ötən gün Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.

Seçilən
76
4
adalet.az

10Mənbələr