Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, Heydər məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi Nardaran qəbiristanlığında dəfn olunub.
Dəfndə mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
10:53
Ədalət Partiyasının sədri İlyas İsmayılovla keçirilən vida mərasimi başa çatıb.
"Report"un məlumatına görə, Heydər Məscidində baş tutan mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlyas İsmayılovun nəşi bu gün Nardaran qəbiristanlığında dəfn olunacaq.
10:30
Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilir.
"Report"un məlumatına görə, Heydər Məscidində təşkil edilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra İlyas İsmayılovun nəşi Nardaran qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, İlyas İsmayılov ötən gün Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.
O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.
"Cebheinfo.az"