Ədalət Partiyasının sədri İlyas İsmayılov dəfn olunub.
"Report"un məlumatına görə, Heydər məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi Nardaran qəbiristanlığında dəfn olunub.
Dəfndə mərhumun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, İlyas İsmayılov ötən gün Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.
O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.