AZ

ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukraynada razılıq verəcəkləri təqdirdə Avropa sülhməramlı qüvvələrini yerləşdirmək olar, lakin biz ABŞ qoşunlarını ora yerləşdirməyi planlaşdırmırıq".
Oxu.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında bəyan edib.
Ağ Ev rəhbəri bir sıra Avropa ölkələrinin Ukraynada sülhməramlı kontingentlərin yerləşdirilməsi təkliflərini şərh edib və buna etirazının olmadığını vurğulayıb.
"Əgər onlar bunu etmək istəyirlərsə, əla olar", - deyə Tramp bildirib.
O, qeyd edib ki, Böyük Britaniya və Fransa belə ehtimalı nəzərdə tutur.
Bununla belə, Tramp ABŞ-nin Ukraynaya öz qoşunlarını göndərməyəcəyini vurğulayıb.
"Çünki biz çox uzaqdayıq", - deyə o bildirib.
Respublikaçıya Avropada ABŞ hərbi mövcudluğunu azaltmağı planlaşdırıb-planlaşdırmadığı soruşulduqda isə Tramp deyib:
"Heç kim məndən bunu xahiş etməyib, ona görə də düşünmürəm ki, bunu edəcəyəm. Mən bunu etmək istəməzdim".
Qeyd edək ki, fevralın 17-də Parisdə Avropa liderlərinin fövqəladə sammitinin mövzularından biri sülh sazişi çərçivəsində Ukraynada sülhməramlıların mümkün yerləşdirilməsi olub, lakin bu məsələdə görüş iştirakçıları arasında fikir ayrılığı yaşanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski əvvəllər bildirmişdi ki, Rusiya ilə münaqişə başa çatdıqdan sonra təhlükəsizliyin təmin edilməsi üçün ölkəyə 200 minə qədər Avropa sülhməramlısı lazımdır. Daha sonra o, bu sayı 100 minə endirdi. Böyük Britaniyada isə hesab edirlər ki, sülhün təminatı üçün on minlərlə və ya hətta daha az sülhməramlı kifayət edəcək.
Avropa liderlərinin nəzərdən keçirdiyi alternativ ssenari Ukraynaya Qərb ölkələrindən hərbi qüvvələrin ümumiyyətlə göndərilməməsini və vəziyyətin məsafədən monitorinqinə əsas diqqətin yetirilməsini nəzərdə tutur.
Bununla yanaşı, Polşa və İtaliya kimi bir sıra Avropa ölkələri sülhməramlıların yerləşdirilməsinin məqsədəuyğunluğuna şübhə edirlər. Almaniya Kansleri Olaf Şolts sülhün təmin edilməsi üçün alman hərbçilərinin göndərilməsi ehtimalının müzakirəsini "son dərəcə yersiz" adlandırıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov qonşu ölkədə NATO dövlətlərinin qoşunlarının özgə bayraq altında - Avropa İttifaqı bayrağı altında və ya milli bayraqlar altında belə yerləşdirilməsini qəbuledilməz adlandırıb.
Seçilən
43
50
oxu.az

10Mənbələr