AZ

Tramp Ukraynada faydalı qazıntıların hasilatı üzrə sazişi dirçəltmək niyyətindədir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vaşinqton administrasiyası Ukraynada faydalı qazıntıların hasilatı ilə bağlı mümkün sazişə yenidən baxmaq niyyətindədir.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
"Düşünürəm ki, mən onu dirçəldəcəyəm. Baxarıq nə olacaq", - deyə o, bu sazişlə bağlı suala cavab verərkən vurğulayıb.
ABŞ lideri Ukrayna tərəfi üçün hansı nəticələri nəzərdə tutduğunu izah etməyib.
Tramp fevralın 19-da Mayamidə (Florida ştatı) investisiya forumunda çıxışı zamanı bildirib ki, Ukrayna hakimiyyəti Kiyevə Vaşinqtonun yardımı müqabilində ABŞ-nin nadir torpaq metalları əldə etməsi ilə bağlı sazişi pozub.
"Bizim nadir torpaq elementləri və digər məsələlərə əsaslanan sazişimiz var idi, lakin onlar iki gün əvvəl bu sazişi pozdular", - deyə Tramp bildirib.
Fevralın əvvəlində Tramp bəyan edib ki, Vaşinqton Ukraynadan nadir metalların əldə edilməsində maraqlıdır. Volodimir Zelenski öz növbəsində saziş bağlamağa hazır olduğunu bildirib və bu məsələ ilə əlaqədar danışıqların nəticələrinin 14-16 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransında rəsmiləşdirilə biləcəyini ehtimal edib. Lakin fevralın 14-də Münhendə Kiyev ABŞ administrasiyasının Ukraynaya yardım göstərilməsi müqabilində Vaşinqtona nadir metallarıт 50%-nə hüquq verilməsi planını rədd edib. Zelenski bununla yanaşı qeyd edib ki, təklif olunan müqavilədə təhlükəsizlik zəmanətləri yoxdur. Kiyevdə qarşı təklif üzərində işlədiklərini bildiriblər.
Seçilən
28
50
oxu.az

10Mənbələr