AZ

Uolts: "Ukraynada müharibə dövrü başa çatıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts hesab edir ki, Ukraynada "müharibə erası" başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Fox News" a danışıb.
"Hər iki tərəfdən ölüm və dağıntıların yaşandığı, milyardlara dollara vəsaitə və milyonlarla olmasa da, yüz minlərlə insanın həyatına səbəb olan sonsuz, amansız müharibə dövrünün başa çatdığını hamı başa düşməyib. Prezident Tramp açıq şəkildə bildirdi ki, bu müharibəyə son qoymaq niyyətindədir və bütün tərəflər bunu dəstəkləməlidir", - Uolts bildirib.
O həmçinin ABŞ-nin yardım müqabilində Ukraynanın mineral ehtiyatlarından istifadə təklifi ilə bağlı Kiyevin qəribə müqaviməti və ritorikanın kəskinləşməsi ilə bağlı narazılığını bildirib.
"Biz hesab edirik ki, bu, ABŞ-nin Ukrayna infrastrukturuna sərmayə yatırması üçün əla fürsətdir ki, onlar öz faydalı qazıntılarını, təbii ehtiyatlarını, neft və qazını inkişaf etdirə bilsinlər", - Trampın köməkçisi əlavə edib.
Seçilən
83
50
oxu.az

10Mənbələr