1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Haber Global" telekanalında ABŞ kəşfiyyatının İsrailin bu il İranın nüvə obyektlərinə zərbə endirəcəyinə dair hesabatı ətrafında fikir mübadiləsi aparılıb.
Oxu.Az xəbər verir ki, ekspertlərin apardıqları müzakirələr çərçivəsində amerikalı senator Lindsi Qrehemin sözlərinə yer verilib.
O deyib ki, İran mövzusunda iki seçim var:
"Ya nüvə obyektlərini bombalayacağıq, ya da onlarla razılığa gələcəyik. Mən ilk seçimə üstünlük verirəm".
Bu əsnada bildirilib ki, İranın nüvə obyektlərinə hücum olarsa, bu, ABŞ Prezidenti Donald Trampın dünyadakı münaqişələri dayandırmaq yönündə vədləri ilə ziddiyyət təşkil edəcək.
Birləşmiş Ştatların İsrail vasitəsilə dünyanın diqqətini başqa yerə yönəltmək üçün də zəmin hazırlana biləcəyinə diqqət çəkilib. Digər tərəfdən, Rusiyanın mövqeyini düşünmədən İrana qarşı bu cür hücumların edilməsinin heç bir əsasının olmadığı vurğulanıb.
Daha ətraflı süjetdə: