AZ

ABŞ-nin vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qanunsuz miqrasiya Avropa ölkələri üçün ən böyük təhlükəyə çevrilib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vens Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı deyib.
"Təxminən 30 gün əvvəl, Donald Trampın inaqurasiyasından əvvəl, ABŞ-nin ən böyük təhlükəsi olan məsələlər, indi Avropanın ən böyük təhlükəsinə çevrilib. Məsələ ondadır ki, Qərb liderləri yoxlamadan keçməmiş milyonlarla miqrantı ölkələrinə buraxmaq qərarına gəliblər. Bu, Avropa üçün ən böyük təhlükədir və açığını desəm, ABŞ üçün də böyük bir təhlükə olaraq qalır", - Vens vurğulayıb.
O, həmçinin bildirib ki, demokratlar gələcəkdə ABŞ-də yenidən hakimiyyətə gəlsələr, genişmiqyaslı miqrant axınını bərpa etməyə çalışacaqlar.
Seçilən
26
50
oxu.az

10Mənbələr