1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkisinin keçirilməsi təklifindən imtina etdiyinə görə Volodimir Zelenskini tənqid edib.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Seçkisi olmayan diktator. Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq", - deyə ABŞ prezidenti vurğulayıb
O həmçinin qeyd edib: "Komik Volodimir Zelenski ABŞ-ni qələbə qazanmağın mümkün olmadığı bir müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb".
"Bu müharibə başlamamalı idi, lakin ABŞ və Tramp olmadan da heç vaxt bitməyəcək", - dövlət başçısı yekunlaşdırıb.