AZ

Yanvarda avtomobil idxalında hibrid avtomobillərinin payı 47 faizi üstələyib

Bu ilin yanvar ayı ərzində ölkəyə 72,3 milyon ABŞ dolları dəyərində 3654 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid avtomobillər) idxal edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 80 faiz və ya 32,1 milyon dollar, say baxımından isə təqribən 3 dəfə və ya 2419 ədəd üstələyir.

Ümumilikdə cari ilin ilk ayında ölkəyə 138,98 milyon dollar dəyərində 7,6 mindən çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərinin payı 47,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 13,89 faiz bəndi çoxdur.

Seçilən
29
31
vergiler.az

10Mənbələr