AZ

Yanvarda Azərbaycanla Çin arasında 380 milyon dollarlıq ticarət əməliyyatları aparılıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarətəməliyyatlarının həcmi 379,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici iləmüqayisədə 160,3 milyon ABŞ dolları və ya 73,1% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 7,46%-i həcmində olub.

Cari ilin yanvarında Azərbaycan Çinə 1,1 milyon ABŞ dollarıdəyərində məhsul ixrac edib ki, bu da 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 269 min ABŞ dolları və ya 19,5% azdır. Dövrərzində Çin ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının0,04%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycan ən çox Çindən məhsul idxal edib.Belə ki, Çindən Azərbaycana məhsul idxalı illik müqayisədə 160,6milyon ABŞ dolları və ya 73,7% artaraq 378,4 milyon ABŞ dollarınaçatıb. Dövr ərzində Çin ilə idxal əməliyyatları ölkənin ümumiidxalının 18,44%-ni təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Seçilən
15
31
az.trend.az

10Mənbələr