Bu ilin yanvar ayında xarici ölkələrdən Azərbaycana 82 434 ədəd minik avtomobilləri idxal edilib.
Bu barədə İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkəyə idxal olunan minik avtomobillərinin ümumi dəyəri 1 milyard 566 milyon 604,4 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü ilin ilk ayı ilə müqayisədə say baxımından 6,5% azdır. Dəyər ifadəsində isə 3,4 % çoxdur.