2025-ci ilin yanvar ayında Azərbaycandan dəyəri 1 milyon 316 min dollar həcmində 525,3 ton pambıq iplik edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq iplik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 190 min dollar və ya 16,9%, miqdar ifadəsində isə 74 ton, başqa sözlə, 16,4% artıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında isə Azərbaycandan 1 milyon 126 min dollar dəyərində 451 ton pambıq iplik ixrac edilmişdi.
Qeyd edək bu ilin ilk ayı əzində ixrac edilən pambıq ipliyin 1 kiloqramının orta ixrac dəyəri 4,28 manat olub. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4,24 manat idi. Bu da illik müqayisədə 4 qəpik və ya 0,9% artım deməkdir.
Bu il ümumi ixracının 0,04%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,54%-i pambıq liipliyin payına düşüb.