AZ

Avropa ABŞ-yə qarşı əks-tədbirlərə əl atır

AzVision.az xəbər verir ki, Ticarət və İqtisadi Təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç belə bəyanat yayıb.

“ABŞ əsassız tarifləri seçdi və bizə cavab verməkdən başqa seçim qoymadı. Hazırda Aİ-nin dayandırılmış tarazlaşdırma tədbirləri aprelin 1-dən bərpa olunacaq”, - avrokomissra “X” sosial şəbəkəsində paylaşım edib.

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen yeni tarif siyasətinin iki mərhələdə həyata keçiriləcəyini bildirib. Aprelin 1-dən etibarən Amerika məhsullarına tariflərin dayandırılması proseduru ləğv olunacaq və aprelin ortalarına qədər ABŞ malları üçün yeni əks tədbirlər hazırlanacaq. Eyni zamanda, xanım Lyayen AK-nin Vaşinqtonla konstruktiv dialoqa hazır olduğunu deyib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Aİ-dən idxal olunan mallara 25 faizlik rüsum tətbiq edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
14
46
azvision.az

10Mənbələr