AZ

“ASCO Arena”da ilk hissə qolsuz keçdi - YENİLƏNİR

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirir.

Apasport.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlir.

Bayıl stadionunda təşkil olunan qarşılaşmanı portuqaliyalı baş hakim idarə edir.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gəlirlər. Son tur öncəsi Lüksemburq 6 xalla qrupun lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşırlar. Qrup sonuncusu Malta seçməsinin aktivində xal yoxdur.

18 mart

Malta (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar) 0:0

Bayıl stadionu. Saat 13:00

Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)

Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)

“Turan Tovuz”un legioner planı - ÖZƏL

Müdafiəçi “Qarabağ”a qoşulur - BU AY

"Bahar turniri"nin qalibi bəlli oldu

Millimizin oyununa təyinatlar açıqlanıb

“Sabah”ın futbolçusuna Avropadan təklif

Seçilən
0
5
apasport.az

10Mənbələr