AZ

Millimiz Maltaya uduzub qrup sonuncusu oldu

Qadınlardan ibarət U-17 millimiz bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində 3-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib. Bayıl stadionunda təşkil olunan qarşılaşma Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gəlib. Bolqarıstan 4 cavabsız qolla rəqibini üstələyib. Bu nəticələrdən sonra Bolqarıstan və Lüksemburq 6 xalla qrupda 1-ci və 2-ci yerləri bölüşürlər. Malta və Azərbaycan millisi isə hərəyə 3 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. Qrup lideri olan Bolqarıstan A Liqasına yüksəlib.

Qeyd edək ki, millimiz bundan əvvəl Lüksemburqa 0:5 hesabı ilə uduzub, Bolqarıstana 3:2 hesabı ilə qalib gəlib.

Seçilən
0
2
football-plus.az

10Mənbələr