Bakı. Trend:
Azərbaycanın qadınlardan ibarət U-17 millisi bu gün Avropaçempionatının 2-ci seçmə mərhələsində 3-cü oyununu keçirib.
Trend xəbər verir ki, BLiqasının 2-ci qrupunda yer alan millimiz son matçında Maltayığması ilə üz-üzə gəlib.
Bayıl stadionunda təşkil olunan qarşılaşma Maltanın 2:0 hesablıqələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstankollektivləri üz-üzə gəlib. Bolqarıstan 4 cavabsız qolla rəqibiniüstələyib.
Bu nəticələrdən sonra Bolqarıstan və Lüksemburq 6 xalla qrupda1-ci və 2-ci yerləri bölüşürlər. Malta və Azərbaycan millisi isəhərəyə 3 xalla müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. Qruplideri olan Bolqarıstan A Liqasına yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Lüksemburqa 0:5hesabı ilə uduzub, Bolqarıstana 3:2 hesabı ilə qalib gəlib.
18 mart
13:00. Malta U-17 - Azərbaycan U-17 - 2:0
Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)
Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya),Erinda Kume (Albaniya)
Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)
Bayıl stadionu.