17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirib.
Apasport.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz son matçında Malta yığması ilə üz-üzə gəlib.
Bayıl stadionunda təşkil olunan qarşılaşmanı portuqaliyalı baş hakim idarə edib. Yığmamız 0:2 hesabı ilə məğlub olub.
Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gəliblər. İkincilər 4:0 hesablı qələbəyə seviniblər.
18 mart
Malta (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar) 2:0
Bayıl stadionu. Saat 13:00
Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)
Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)
Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)
“Turan Tovuz”un legioner planı - ÖZƏL
Müdafiəçi “Qarabağ”a qoşulur - BU AY
"Bahar turniri"nin qalibi bəlli oldu
Millimizin oyununa təyinatlar açıqlanıb
“Sabah”ın futbolçusuna Avropadan təklif